Advertisement X
  
BUTOV AZERBAYCANA YOL TEBRIZDEN KECIR!
Ən son yenilənmə: 09/03/2010
Səhifələr: [1]

Traktor” - “Sepahan” görüşü də insidentsiz ötüşmədi PDF formatında variant Çap et E-mailə göndər
Müəllif: DAK
2010-03-08

İran adlanan yerin polisi stadiondan çıxarkən milli şüarlar səsləndirən soydaşlarımıza hücüm çəkib

Nəticədə 5 nəfər tutulub və bir neçə azarkeş də yaralanıb

Image Martın 6-da Güney Azərbaycanın Təbriz şəhərini İran adlanan yerin futbol üzrə ölkə çempionatında təmsil edən “Traktor” komandası yerli vaxtla saat 15.00-da doğma divarlar arasında İsfahan şəhərinin “Sepahan” klubunu qəbul edib. www.D-A-K.org –un GünAzTV-yə istinadən yaydığı məlumata görə, Təbrizin Səhənd (Yadigar-e İmam) stadionunda keçirilən qarşılaşma 1-1 hesabıyla başa çatıb.

Ancaq matç yenə də insidentsiz ötüşməyib. Belə ki, İran adlanan yerin polisi stadiondan çıxarkən milli şüarlar səsləndirən soydaşlarımıza hücüm çəkib. Lakin bir-birinə dayaq olan azərbaycanlılar polisi və hökumət əlaltılarını zərərsizləşdirə bilib. Yəni polisin hücumuna məruz qalan soydaşlarımızı yoldaşları qurtarıblar. Onlar “Qorxmayın, qorxmayın biz hamımız burdayıq!” şüarı səsləndirərək bir-birilərinə mənəvi güc verib. Ancaq buna baxmayaraq, 5 soydaşımız tutulub və bir neçə azərbaycanlı azarkeşin də qarşıdurmada yaralandığı bildirilir.
Xatırladaq ki, Güney Azərbaycanın Zəncan, Ərdəbil, Urmiya, Sulduz, Çaldıran, Qoşaçay, Xiyav və s. bölgələrindən gələn soydaşlarımız milli birlik nümayiş etdiriblər. Onlar “Türk dilində mədrəsə olmalıdır hər kəsə!”, “Yaşasın Azərbaycan!”, “Azərbaycan var olsun istəməyən kor olsun!”, “Azərbaycan var olsun Səduqi azad olsun!”, “Biz qəhrəman türklərik farslara baş əymərik!” və s. şüarlar səsləndiriblər. Eyni zamanda soydaşlarımız hakimi Yədulla Cahanbazinin oyunu qərəzli idarə etməsinə etiraz əlaməti olaraq “Əgər Təbriz uduzsa, vay hakimin halına!” və “Qəhrəman “Traktor” hakimin qurbanıdır!” kimi fars dilində şüarlar səsləndiriblər. Bundan əlavə, Urmiya gölünün qurumasıyla əlaqədar aprelin 2-də gölün ətrafına toplaşılacağıyla bağlı soydaşlarımıza bildirişlər paylanılıb. Eyni zamanda matç biletlərinin qiymətinin iki dəfə artılaraq 2000 tümənə çatdığı məlum olub.

Bölmə: GUNAZ IDMAN
Yazar: yasin 06:39 09/03/10 Oxunub: 1 Şərhlər Şərhlər (0)  
Xətdə olanlar:
POLADPOLAD VIDADIVIDADI orxanorxan Gul-AyGul-Ay orxanorxan CavidCavid ADMINNADMINN ADMİN MƏMMƏDOV KAMALADMİN MƏMMƏDO «wWw.YekTek.Tk»«wWw.YekTek.Tk ramilramil eldareldar ElsenElsen ZaurZaur CelilCelil mosumosu NuhNuh PeroNewsPeroNews ElvinElvin KaramsarKaramsar NurqelemNurqelem ๑۩۞۩๑Səfa๑۩۞۩๑๑۩۞۩๑Səf tural46tural46 ▀►QISAQAPANMA◄▀▀►QISAQAPANM AlfaMediaAlfaMedia və 277 Qonaq